“PAŞA Sığorta” ASC namizədləri “Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Daxili müştərilərə keyfiyyətli xidmət göstərilməsi;
• Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin və razılaşmaların yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;
• Buraxılmış sığorta şəhadətnamələrinin, əlavələrin, razılaşma və təklif formaların PAŞA Sığorta nüsxələrin geri qaytarılmasını təmin etmək;
• Buraxılan sığorta şəhadətnamələrin, əlavələrin və razılaşmaların protech sisteminə skan edilməsi və ya qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinə təmin edilməsi;
• Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
BİLİKLƏR
• Ali təhsil, biznes sahəsində təhsilə üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.
TƏCRÜBƏ
• Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
BACARIQLAR
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 30 iyun 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |