15 C
Baku
Saturday, April 20, 2024

Korporativ sığorta şöbəsinin müştəri meneceri – PASHA Life

0
Korporativ sığorta şöbəsinin müştəri meneceri – PASHA Life
Bakı
24.06.2021

Struktur bölmə: Satış departamenti, Korporativ sığorta şöbəsi
Vəzifə: Korporativ sığorta şöbəsinin müştəri meneceri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 iyun 2021-ci il

Vəzifə Öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

– İş təcrübəsi: Satış sahəsi üzrə 1 ilədək iş təcrübəsi tələb olunur.
– Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.
– Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta, İngilis dili: orta
– Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
– Kompüter bilikləri: MS Office: əla
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, münasibət yaratma.
– İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta