Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki)
Namizədə tələblər:
• Yaş: 23-40
• Təhsil: Ali və ya orta texniki
• İş təcrübəsi: azı 1 il sığorta sahəsində iş təcrübəsi olana üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Yaşayış yeri – Şəki
• Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point) yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
Əsas vəzifə öhdəlikləri:
• Sığorta məsləhətçiləri ilə işin qurulması və komandanın idarə edilməsi
• Sığorta məsləhətçilərinin fəaliyyətini planlaşdırmaq;
• Satış planının yerinə yetirilməsini təmin etmək;
• Yeni sığorta agentlərinin axtarışını və seçimini həyata keçirmək;
• Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2
• Şəki filialında iş yeri
• Əmək haqqı: 300 – 500 AZN (müsahibə əsnasında)
Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını “Sığorta Məsləhətçiləri qrupunun meneceri (mütəxəssis)” qeyd etmək mütləqdir.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |