8 C
Baku
Thursday, December 12, 2024

Risk meneceri – İcbari Sığorta Bürosu

0
Risk meneceri – İcbari Sığorta Bürosu
Bakı
21.10.2021

İcbari Sığorta Bürosu (İSB) Risk meneceri vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı.

Vəzifə öhdəlikləri:

– Büronun əməliyyatlarının növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmasını təmin etmək və təkmilləşdirmək.
– Risklərinin idarə edilməsi üzrə siyasət, prosedur və metodoloji sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini həyata keçirirtmək;
– Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə hesabatı təqdim etmək;
– Risklərin tanınması və idarə edilməsi baxımından büronun fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy vermək;
– Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirib və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlamaq;
– Risk məlumatlarının müvafiq elektron sığorta sistemlərindən, müvafiq strukturlardan toplanılmasını və hesabatlılığın verilməsini koordinasiya etmək və bu məlumatları təhlil edərək riskləri müəyyən etməklə təşkilatın risk profilini yeniləmək;
– Büro üzrə baş vermiş risk hadisələrinin toplanılması, qeydiyyatının aparılmasını, onların faktiki və mümkün itkilər üzrə qiymətləndirilməsi və bu barədə müvafiq hesabatlılığın hazırlanmasını təmin etmək;
– Risk insidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək;
– Risklərin idarə edilməsi işində təşkilatın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərmək;
– Səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlamaq;

Tələb olunan səriştələr:

– Ali iqtisadi, hüquq və ya biznes təhsili;
– Sığorta biznesi barədə baza biliklərinə malik olma;
– Risklərin idarə edilməsi sahəsində ən azı 3 il təcrübə (maliyyə sektorunda risklərin idarə edilməsi təcrübəsinə üstünlük verilir);
– Analitik təhlil bacarığı;
– Böyük məlumatların emalı proqramlarında ən azı birini bilmək (Matlab, SQL, My SQL və s);
– Ünsiyyətqurma;
– MS ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı;
– Hesabat yazma bacarığı;
– Yaradıcı olmaq.

Əmək haqqı: razılaşma yolu ilə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25.11.2021-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq).

Telefon: 012 595 00 20 (135)

İşin aid olduğu sahə

KateqoriyaSığorta