Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
İş barədə məlumat:
1. Serverlərdə əməliyyat sistemini tənzimləyir və proqram təminatının serverlərdə işlək vəziyyətdə olmasını təmin edir;
2. Serverlərə və işçi stansiyalarına proqram təminatının quraşdırılmasını həyata keçirir;
3. Daxili şəbəkənin digər sistemlərlə informasiya mübadiləsini təmin edir. İstifadəçilərin daxili və qlobal şəbəkələrə girişini təmin edir;
4. İstifadəçiləri qeydiyyatdan keçirir, onlara identifikatorlar və şifrələr təyin edir;
5. İnformasiya sistemləri və şəbəkə resurslarından istifadə üzrə bankdaxili təlimlər keçirir;
6. Sistemlərin təhlükəsizliyini təmin edir;
7. Sistemlərdə virusların mövcudluğunun mütəmadi yoxlanılmasını aparır;
8. Yeni texnologiyaların inkişafını izləyir və daxili infrastrukturda tətbiqi yollarını araşdırır.
Namizədə tələblər:
– Ali təhsil;
– Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
– LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
– Tətbiqi proqramlar üzrə biliklər;
– Komandada və fərdi işləmək qabiliyyəti;
– Tez və düzgün qərar vermək bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 İyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT |