18 C
Baku
Tuesday, April 23, 2024

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi – Bank BTB

0
Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi – Bank BTB
10.07.2019

Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

İş barədə məlumat:

1. Serverlərdə əməliyyat sistemini tənzimləyir və proqram təminatının serverlərdə işlək vəziyyətdə olmasını təmin edir;
2. Serverlərə və işçi stansiyalarına proqram təminatının quraşdırılmasını həyata keçirir;
3. Daxili şəbəkənin digər sistemlərlə informasiya mübadiləsini təmin edir. İstifadəçilərin daxili və qlobal şəbəkələrə girişini təmin edir;
4. İstifadəçiləri qeydiyyatdan keçirir, onlara identifikatorlar və şifrələr təyin edir;
5. İnformasiya sistemləri və şəbəkə resurslarından istifadə üzrə bankdaxili təlimlər keçirir;
6. Sistemlərin təhlükəsizliyini təmin edir;
7. Sistemlərdə virusların mövcudluğunun mütəmadi yoxlanılmasını aparır;
8. Yeni texnologiyaların inkişafını izləyir və daxili infrastrukturda tətbiqi yollarını araşdırır.

Namizədə tələblər:

– Ali təhsil;
– Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
– LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
– Tətbiqi proqramlar üzrə biliklər;
– Komandada və fərdi işləmək qabiliyyəti;
– Tez və düzgün qərar vermək bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 İyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaİT