26 C
Baku
Wednesday, April 24, 2024

SMM menecer – Odlar Yurdu Sığorta Brokeri

0
SMM menecer – Odlar Yurdu Sığorta Brokeri
Bakı
02.04.2021

“Odlar Yurdu Sığorta Brokeri” MMC- SMM Menecer vəzifəsi üçün vakansiya elan edir.

Öhdəliklər:

• Təklif olunan məhsulun və ya xidmətin tanıtımı (Brendləşməsi);
• Sığorta bazarı, auditoriya və rəqiblərinin analizi;
• Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi;
• Hazırlanmış kontentin web-sayt, sosial media və blog-a yerləşdirilməsi;
• Kontentin yerləşdirildiyi yerlərdə (web-sayt, sosial media və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi;
• Kontentin inkişaf etdirilməsində daima yeni ideyaların təklifi və kifayət qədər sərbəst işləmə bacarığı;
• PR-cəmiyyətlə əlaqə quran piarın təşkil edilməsi;
• Şirkətə məxsus sayt və sosial media vasitələri izləyicilərinin artırılması

Tələblər:

• Ali təhsil;
• Social Media Marketing (SMM) sahəsində iş təcrübəsi;
• Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW);
• Əla səviyyədə Azərbaycan dili biliyi, rus dili arzu olunandır;
• “Copywriting” qabiliyyəti;
• Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
• Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
• Komandada işləmək qabiliyyəti

İş şərtləri:

• İş qrafiki bazar ertəsi və cümə günləri, saat 09:00 – 18:00
• Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsi əsasında təyin olunacaq;
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM Menecer” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta