19 C
Baku
Thursday, April 25, 2024

Şöbə müdiri – Yelo Bank

0
Şöbə müdiri – Yelo Bank
Bakı
16.11.2020

Struktur: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti / Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi

Vəzifə: Şöbə müdiri

Bilavasitə tabeçiliyi: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti direktoru

Vəzifə öhdəlikləri:

– Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
– Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
– Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
– Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
– Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
– Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
– Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
– Bonus sisteminin hazırlanması;
– Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
– Satışın aparılmasına dair təkliflərin verilməsi;
– Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
– Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
– Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

– Bakın dəyərlərinə uyğun işlərin təşkili;
– Ali təhsil;
– 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
– Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
– Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
– Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
– MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
– Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
– Yüksək dərəcədə analitik qabiliyyət;
– Səmərəli ünsiyyət bacarığı;
– Komandada işləmək bacarığı;
– Məsuliyyətlilik;

Siz elektron poçtun “mövzu” yerinə “Şöbə müdiri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi