7 C
Baku
Thursday, December 12, 2024

Şöbə rəisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Şöbə rəisi – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
09.08.2024

STRUKTUR  BÖLMƏNİN ADI: İnformasiya texnologiyaları əməliyyatları departamenti

STRUKTUR VAHİDİNİN ADI: Monitorinq şöbəsi

VƏZİFƏNİN ADI:  Şöbə rəisi

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI

  • Mərkəzi Bankın müvafiq normativ qaydalarına uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir;
  • Departamentin strateji, taktiki və büdcə planının hazırlanmasında iştirak edir;
  • Şöbənin əməkdaşları üçün vəzifə təlimatı və fərdi iş planının hazırlanmasını təmin edir, təhsil ehtiyaclarını müəyyən edilməsində iştirak edir, əməkdaşların fəaliyyətini qiymətləndirir və təsdiq üçün departamentin rəhbərliyinə təqdim edir;
  • Vəzifə təlimatı və fərdi iş planında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təmin  edir  və müvafiq nəzarəti həyata keçirir;
  • Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə vəsatət qaldırır;
  • AMB-nin digər normativ sənədləri ilə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
  • Monitorinqi həyata keçirilən sistemlərin davamlı və etibarlı fəaliyyətini təmin edir;
  • Sistemlərin Ehtiyat Mərkəzində işlək vəziyyətdə saxlanılması, real rejimdə informasiya mübadiləsinin aparılmasının monitorinqini təmin edir;
  • Şöbənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;
  • Mübahisəli məsələləri müvafiq prosedur qaydalar əsasında həllini təmin edir;
  • Dövrü audit yoxlamalarından yaranmış tələblərin  icrasını təmin edir;
  • Şöbənin avadanlıq, proqram təminatı və s. ehtiyaclarını müəyyənləşdirir;
  • Şöbəyə daxil olan məktublar əsasında araşdırmaların aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;
  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

TƏLƏB  OLUNAN  TƏHSİL          

  • Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar);

TƏLƏB  OLUNAN BİLİKLƏR 

  • Linux tipli əməliyyat sistemlərinin idarəedilməsi üzrə texniki biliklər.
  • Microsoft üzrə Əməliyyat sistemləri və servis proqram təmianatlarının idarəedilməsi üzrə texniki biliklər.
  • Şəbəkə avadanlıqlarının idarəedilməsi üzrə biliklər.
  • Virtualizasiya infrastrukturunun idarəedilməsi üzrə texniki biliklər.
  • ITIL prinsipləri üzrə anlayışlar, proseslərin idarəedilməsi sahəsində biliklər.
  • Application Performance Management üzrə biliklər.
  • Monolit və Mikroservis arxitekturası üzrə monitorinq sahəsində biliklər.

TƏLƏB OLUNAN BACARIQLAR 

  • Taktiki və strateji planlaşdırma bacarığı;
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;
  • Korporativ İnformasiya Sisitemlərinin layihələşdirilməsi və idarəedilməsi üzrə iş bacarığı;
  • Verilənlər Bazasının İdarə edilməsi sistemlərindən istifadənin təşkili bacarığı;
  • Verilənlərin Ötürülməsi Şəbəkələri ilə işin təşkili bacarığı;
  • İnformasiya Texnologiyaları və Ödəniş Sistemləri sahəsində inkişaf meyllərinin təhlili və tətbiqi bacarığı;
  •  Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı.
  • İnsidentlərin idarəedilməsi üzrə menecment bacarığı.
  • Problemlərin idarəedilməsi üzrə menecment bacarığı.
  • Risklərin idarəedilməsi üzrə menecment bacarığı.
  • Service Level Management üzrə biliklər.

TƏLƏB OLUNAN  İŞ TƏCRÜBƏSI

  • İT və ya ödəniş sistemlərinin idarəedilməsi üzrə vəzifələrdə 5 illik iş təcrübəsi.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi