9 C
Baku
Thursday, December 12, 2024

Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis – PAŞA Bank

0
Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis – PAŞA Bank
30.11.2021

“PAŞA Bank” ASC olaraq Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
• Texniki dəstək mərkəzinə telefon vasitəsilə daxil olan sorğuların qeydiyyatının aparılması;
• Əməkdaşlara verilən bütün İT avadanlıqların qeydiyyatının aparılması;
• Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan sorğuların icrası;
• “Service Desk” vasitəsi ilə qeydiyyata alınan, lakin son istifadəçi dəstək qrupuna aid olmayan sorğuların dərhal “Help Desk” qrupuna yönləndirilməsi;
• Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə köməklik edilməsi;
• Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
• İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib aradan qaldırılması;
• Bankın daxili proses, siyasət və təlimatlarına, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan qaydalara ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət;
• Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması.

Sizdən nə tələb olunur?

• Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 ilədək
• Xarici dil: İngilis dili və Rus
• Kompüter bilikləri: Microsoft OS və Office
• Məhsul biliyi: Texniki dəstək sistemi
• Bazar biliyi: İnzibati və texniki dəstək üzrə təcrübə
• Digər: Komandada iş və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi