5 C
Baku
Saturday, December 14, 2024

Strateji Inkisaf və Marketing departamentinə Aparıcı-Baş mütəxəssis – MilliKart LLC

0
Strateji Inkisaf və Marketing departamentinə Aparıcı-Baş mütəxəssis – MilliKart LLC
25.02.2019

Strateji Inkisaf və Marketing departamentinə Aparıcı-Baş mütəxəssis tələb olunur.

Tələblər:

• Ali Təhsil (bakalavr və ya magistr) ;
• Səmimi, dürüst və məsuliyyətli olmalı;
• Təzyiqə davamlı;
• Kritik və analitik düşünmə qabiliyyətinə malik olmalı;
• Yaxşı danışıq və inandırmaq qabiliyyətinə malik olmalı;
• Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini isə orta səviyyədən yuxarı bilməlidir;
• MS Office və Windows sistemlərin ilə işləməyi bacarmalıdır.

Öhdəliklər:

• Beynəlxalq kart təşkilatlarının yenilikləri (layihələr/xidmətlər) üzrə təhlillərin aparılması, həmçinin kart və elektron ödənişlər ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təqdimatların hazırlanması;
• biznes, strateji və taktiki planların hazırlanması, həmçinin büdcənin hazırlanmasında iştirak;
• əsas effektivlik göstəriciləri cədvəlinin hazırlanması və tətbiq edilməsi;
• təklif olunan mövcud/yeni məhsullarla/xidmətlərlə bağlı təqdimatların və qaydaların hazırlanması;
• təklif olunan mövcud/yeni məhsullarla/xidmətlərlə bağlı müştərilərin məlumatlandırılması üzrə işlərin aparılması;
• təklif olunan mövcud/yeni məhsullar/xidmətlərin keyfiyyəti ilə bağlı rəylərin öyrənilməsi;
• təkmilləşdirilməsi tələb olunan məhsullarla/xidmətlərlə bağlı təkliflərin hazırlanması;
• Kart və elektron ödənişləri sahəsində qayda, prosedur və normativ akt kimi sənədlərin hazırlanmasında iştirak.
 
 
Bank və ya Ödəniş kartları sahəsi üzrə təcrübəyə malik olan namizədlərə üstünlük verilir.

Əmək haqqı: 1000-1600 AZN (namizədin iş təcrübəsindən və biliklərdən asılı olaraq)

E – mail : [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR