12 C
Baku
Saturday, November 23, 2024

Strateji Təhlil və Planlaşdırma üzrə Mütəxəssis – PASHA Bank

0
Strateji Təhlil və Planlaşdırma üzrə Mütəxəssis – PASHA Bank
29.07.2019

Strateji Təhlil və Planlaşdırma üzrə Mütəxəssis

Vəzifənin məqsədi:

Strateji qərarların verilməsini dəstəkləmək üçün planların hazırlanması, strateji təşəbbüslərin və biznes məqsədlərinin uyğunlaşdırılmasını təmin edilməsi.

Vəzifə öhdəlikləri:

• Strateji planlaşdırma və strategiyanın yenidən nəzərdən keçirilməsi proseslərinin aparılması
• Strateji təşəbbüslərin (pasportların) hazırlanması, biznes məqsədləri ilə uyğunlaşdırılması çərçivəsində maliyyə təsirlərinin qiymətləndirilməsi
• Razılaşdırılmış şablonları istifadə edərək müəyyən edilmiş məlumat çərçivəsində müntəzəm idarəetmə hesabatlarını hazırlanması
• Biznes fəaliyyətinin və inkişafının dəstəklənməsi üçün araşdırmaların aparılması və analitik hesabatların hazırlanması
• Çarpaz funksiyalı qruplarla əmakdaşlıq edib alətlər, şablonlar və strukturlar təkminləşdirib testdən keçirmək
• Baş mütəxəssisə hesabatların və təqdimatların hazırlanmasında kömək edilməsi
• Proqnozlaşdırma aparmaq üçün geniş çeşidli informasiyanın tapılması, yığılması və istifadə olunması
• Yerli və beynəlxalq benchmark tədqiqinin və maliyyə hesabatlarının təhlili aparılması
• Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatların verilməsi
• Müvafiq strateji dövr üçün məqsəd, təşəbbüs və hədəflərin müəyyənləşdirilməsi, strateji planların hazırlanmasına dəstək
• Bazarın qiymətləndirilməsi, bankın rəqabət mövqeyinin müəyyənləşdirilməsi, araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/ innovasiya, bazar, rəqabət, məhsullar üzrə)
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil və ya digər müvafiq sahələr (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: müvafiq sahədə 3 il 
Xarici dillər: İngilis (səlis), Azərbaycan, Rus (arzu olunandır) 
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: bank məhsulları, maliyyə alətləri və maliyyə hesabatları 
• Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru.
• Başqa tələblər: Maliyyə modelləşdirmə bacarığı, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişənin həll etmə bacarığı, inovativ düşüncə və özünü inkişaf etdirmə istəyi. İşə yüksək enerjili və istəkli baxış gətirən və ətrafdakıları təsir edə bilən

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Strateji Təhlil və Planlaşdırma üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə