9 C
Baku
Thursday, December 12, 2024

Strateji Təhlil və Planlaşdırma şöbəsinin rəhbəri – PASHA Bank

0
Strateji Təhlil və Planlaşdırma şöbəsinin rəhbəri – PASHA Bank
29.07.2019

Strateji Təhlil və Planlaşdırma şöbəsinin rəhbəri


Vəzifə öhdəlikləri:

• Strateji planlaşdırma və strategiyanın yenidən nəzərdən keçirilməsi proseslərinin idarə olunması
• Strateji təşəbbüslərin (pasportların) hazırlanması, biznes məqsədləri ilə uyğunlaşdırılması çərçivəsində maliyyə təsirlərinin qiymətləndirilməsi
• Biznes fəaliyyətinin və inkişafının dəstəklənməsi üçün araşdırmaların aparılması və analitik hesabatların hazırlanması
• Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq
• Müvafiq strateji dövr üçün məqsəd, təşəbbüs və hədəflərin müəyyənləşdirilməsi, strateji planların hazırlanması
• Bazarın qiymətləndirilməsi, bankın rəqabət mövqeyinin müəyyənləşdirilməsi, araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/ innovasiya, bazar, rəqabət, məhsullar üzrə)
• Strateji qərarların qəbulu üçün davamlı araşdırma və analitik dəstəyin təmin edilməsi
• Strateji təşəbbüslərin hədəfləri və icra planlarını ehtiva edən pasportların hazırlanması; strateji təşəbbüslərin maliyyə təsirinin ilkin və sonrakı qiymətləndirməsinin aparılması
• Biznes bölmələrinin strategiyanın uyğunlaşdırılması, hədəflərin həyata keçirilməsi üçün dəstəklə təmin edilməsi
• Bütövlükdə bank səviyyəsində strateji məqsədlər, təşəbbüslər və hədəflər barədə məlumatlılığın təmin edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: müvafiq sahədə 7-10 il 
• Xarici dillər: İngilis (səlis), Rus (səlis) 
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: bank məhsulları, satış kanalları və risk dərəcəsi.
• Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru.
• Başqa tələblər: Güclü maliyyə analizi bacarığı və qlobal bank sektorunda trendlər barədə anlayış. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət və təqdimat bacarığı, aktiv dinləmə.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Strateji Təhlil və Planlaşdırma şöbəsinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə