Bakı
     
12.02.2024
    Vəzifə öhdəlikləri:
- Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi;
 - İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi;
 - Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi;
 - Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi;
 - Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması;
 - Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi;
 - Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
 - Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
 - Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;
 
Namizədə olan tələblər:
- Təhsili/ixtisası: Ali hüquq.
 - Dil bilikləri: Azərbaycan dili – əla; rus/ingilis dili – arzuolunandır.
 - Kompüter bilikləri: MS Office – əla.
 - Analitik düşünmə və problemləri həll etmə bacarığı.
 - Yazılı və şifahi kommunikasiya bacarıqları.
 
Əmək şəraiti və şərtləri:
- Əmək haqqı: namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur.
 - İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı (“Şöbə müdiri”) qeyd olunmaqla) göndərə bilərlər.
İşin aid olduğu sahə
| Kateqoriya | Hüquq, Sığorta | 



