27 C
Baku
Saturday, April 27, 2024

Subroqasiya və Hüquqi təminat şöbəsinin Müdiri – Mega Insurance

0
Subroqasiya və Hüquqi təminat şöbəsinin Müdiri – Mega Insurance
Bakı
12.02.2024

Vəzifə öhdəlikləri:

  • Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi;
  • İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi;
  • Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi;
  • Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi;
  • Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması;
  • Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi;
  • Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
  • Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
  • Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: Ali hüquq.
  • Dil bilikləri: Azərbaycan dili – əla; rus/ingilis dili – arzuolunandır.
  • Kompüter bilikləri: MS Office – əla.
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı.
  • Yazılı və şifahi kommunikasiya bacarıqları.

Əmək şəraiti və şərtləri:

  • Əmək haqqı: namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur.
  • İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı (“Şöbə müdiri”) qeyd olunmaqla) göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta