15 C
Baku
Saturday, April 20, 2024

Təchizat üzrə mütəxəssis -MKT İstehsalat Kommersiya MMC

0
Təchizat üzrə mütəxəssis -MKT İstehsalat Kommersiya MMC
24.01.2020

Təchizat üzrə mütəxəssis

MKT-İK MMC (Pambıq müəssisəsi) Təchizat üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

1. Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
2. Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
3. Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
4. Satınalma sifarişlərin açılması və icra olunması;
5. Yerli bazara baxış keçirilməsi;
6. Müqavilə və ödəniş sənədlərinin hazırlanması;
7. Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
8. Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
9. Alışların 1C proqramında işlənməsi;
10. Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi;
11. Təchizat planına uyğun alışların həyata keçirilməsi;
12. Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;

Tələblər

• Ali təhsil ( Satış və Marketinq ixtisası arzu olunandır);
• Təchizat sahəsində minimum 1 -3 il iş təcrübəsi.
• Azərbaycan, İngilis, Rus;
• MS Office (Word, Excel, Power point), 1C;
• İqtisaiyyat, Menecment, Logistika sahəsində biliklər;
• Təchizat zənciri haqqında ümumi biliklər;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
• Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

İş qrafiki: 5 günlük, I – V 09:30-18:30,

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təchizat üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər