“SMART AUDİT” MMC “Qeydiyyat məsələləri üzrə köməkçi” vakansiyası üzrə işçi axtarır
Vəzifə funksiyaları və vəzifə ilə bağlı tələblər:
• Öz bacarıqları daxilində Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
• İnzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
• Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
• Menecerinə vaxtaşırı hesabatların təqdim edilməsi;
• Şirkət işçiləri ilə müxtəlif məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində köməyin göstərilməsi;
• Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Ali təhsil arzuolunandır;
• B kateqoriylı sürücülük vəsiqəsinin olması arzuolunandır;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Dürüst, stresədavamlı, məsuliyyətli.
• Müstəqil işləmək bacarığı,
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, İngilis və rus dillərini bilmə arzuediləndir.
Universiteti yeni bitirmiş və iş təcrübəsi olmayan namizədlər də müraciət edə bilərlər.
Cinsi: Kişi
İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 300-500 AZN
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Qeydiyyat məsələləri üzrə köməkçi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |