“Evimiz Mağazası”
Tələb olunan keyfiyyətlər:
• Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
• Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlılıq kimi bacarıqlar;
• Müvafiq sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
• Satınalma üzrə Azərbaycan Respublikasının qanununun tələbləri üzrə biliklər.
• Azərbaycan dilini səlis bilməli və yüksək sıviyyədə rus dili biliyi arzuolunandır;
İşin funksiyaları:
• Satınalmalar üçün qiymət parametrlərini və büdcəni müəyyənləşdirmək;
• Təchizatçılar / tədarükçülər ilə yaxşı münasibətlər yaratmaq;
• Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmət və işlərlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırmaları aparmaq;
• Bağlanılması nəzərdə tutulan müqavilələr üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak etmək;
• Təchiz olunmuş malların qeydiyyatını aparmaq və növbəti il üçün plan hazırlamaq;
• Tender proseslərinin icrası, təlimat və prosedur yazma, təqdimat, hesabat qabiliyyəti, qiymət araşdırması və müqayisəli təhlil aparmaq;
• Məhsulların yüksək keyfiyyətə malik olmasını təmin etmək;
• Sürətli mühitdə peşəkar qərarlar qəbul etmək.
Qeyd olunan tələblərə uyğun olan namizədlər aşağıdakı keçiddən istifadə edə bilərlər
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |