İlkin iş təcrübəsi tələb etməyən ödənişsiz iş layihəsi və yay-qış tələbə iş təcrübəsi elanları.
Öz karyeranızı başlamaq üçün verilən fürsətdən istifadə etməyə hazırsınızmı?
Şirkətin təcrübə proqramı çərçivəsində bu imkanı sizə yaradırıq. Proqramla bağlı tələbləri diqqətinizə çatdırırıq.
Tələblər:
• Analitik təhlil qabiliyyətli;
• Komanda şəraitində işləmək bacarığı;
• Dəqiq, məsuliyyətli və intizamlı olmaq
• Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcəkdir.
• Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışmaq peşəkar kimi formalaşmağınıza imkan yaradacaq.
• Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, bacarıq və şəxsi qabiliyyətinizlə fərqlənə biləcəyiniz təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazana bilərsiniz.
• Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim olunacaqdır.
Qeyd: Proqrama qoşulmaq istəyən namizədlərdən 01 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-lərini göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta, Təcrübə proqramları |