15 C
Baku
Friday, March 29, 2024

Təcrübə proqramı – Maliyyə Bazarlarına Nəzarət Palatası

0
Təcrübə proqramı – Maliyyə Bazarlarına Nəzarət Palatası
28.03.2019

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDA TƏCRÜBƏ İMKANI

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Təcrübəçiyə dair tələblər:

 Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
 Özünü daim inkişaf etdirməli, innovativ olmalı;
 Analitik düşünmə qabiliyyəti olmalı;
 Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
 Kompüter və ingilis dili bilikləri.

Təcrübə proqramına müraciət:

Namizədlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

 Hüquq
 Kredit bazarına nəzarət
 Sığorta fəaliyyətinə nəzarət
 Makroprudensial nəzarət və metodologiya
 Beynəlxalq əlaqələr və kommunikasiya

Seçim mərhələləri:

1. IV kurs tələbələri, məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər;
2. Namizədlərdən daxil olmuş CV-lər analiz edildikdən sonra tələblərə uyğun namizədlər ilkin olaraq test imtahanına, sonra isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə proqramına başlanılır.

Proqrama iştirak etmək üçün namizədlər CV-lərini [email protected] ünvanına göndərməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Təcrübə proqramları