-3 C
Baku
Sunday, December 15, 2024

Təcrübə proqramı – NOVCO Group of Companies

0
Təcrübə proqramı – NOVCO Group of Companies
Bakı
28.01.2021

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Accessorize, Coccinelle, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini Azərbaycanda təmsil edir.

NOVCO Şirkətlər Qrupu yeni məzunlara, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlara “Təcrübə proqramı”nı elan edir.

Təcrübə Proqramı aşağıda qeyd edilən şöbələr üzrə aparılacaqdır:

1) Satış əməliyyatlarına nəzarət üzrə
2) Moda/ Vizual Merçendayzinq
3) Biznes analitika

Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər. Əlaqəli sahə üzrə təhsil arzuolunandır.

E-mail: [email protected], Mövzuda “Təcrübə proqramı ” yazaraq CV göndərməklə proqrama namizədliyinizi verə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaTəcrübə proqramları