Bakı
01.12.2023
Vakansiyanın təsviri
- Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin araşdırılması və tətbiq edilməsi
- Xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün strateji dəyişikliklərin planlaşdırılması və həyata keçirilməsi
- Klinik protokolların tətbiqi və tədqiqatların aparılması üçün yeni layihələrin planlaşdırılması və reallaşdırılması
- Tibb müəssisələrinin fəaliyyətinin standartlar əsasında təşkili və təkmilləşdirilməsi işində iştirak və rəyin bildirilməsi
- TƏBİB-in tabeliyində çalışan tibb mütəxəssislərinin diaqnostik müayinə və müalicə proseslərinin kliniki protokol, müayinə və müalicə standartlarına, icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin görülməsi
- Tibb müəssisələrində tədqiqatlar və protokollara cavabdeh şəxslərlə qarşılıqlı əməkdaşlığın edilməsi
- Şöbənin səlahiyyətlərinə uyğun daxil olan ərizə, şikayət və təkliflərə baxılması və müvafiq tədbirlərin görülməsi
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiq edilməsi
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Xüsusi tələblər
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis və rus dili – yaxşı
- Komandada işləmək bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dürüstlük
- Nəticəyönümlülük
- Yüksək kommunikasiya bacarığı
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |