2 C
Baku
Sunday, December 15, 2024

Tədqiqatlar və protokolların tətbiqi şöbəsinə böyük məsləhətçi – TƏBİB

0
Tədqiqatlar və protokolların tətbiqi şöbəsinə böyük məsləhətçi – TƏBİB
Bakı
01.12.2023

Vakansiyanın təsviri

  • Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin araşdırılması və tətbiq edilməsi
  • Xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün strateji dəyişikliklərin planlaşdırılması və həyata keçirilməsi
  • Klinik protokolların tətbiqi və tədqiqatların aparılması üçün yeni layihələrin planlaşdırılması və reallaşdırılması
  • Tibb müəssisələrinin fəaliyyətinin standartlar əsasında təşkili və təkmilləşdirilməsi işində iştirak və rəyin bildirilməsi
  • TƏBİB-in tabeliyində çalışan tibb mütəxəssislərinin diaqnostik müayinə və müalicə proseslərinin kliniki protokol, müayinə və müalicə standartlarına, icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin görülməsi
  • Tibb müəssisələrində tədqiqatlar və protokollara cavabdeh şəxslərlə qarşılıqlı əməkdaşlığın edilməsi
  • Şöbənin səlahiyyətlərinə uyğun daxil olan ərizə, şikayət və təkliflərə baxılması və müvafiq tədbirlərin görülməsi
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiq edilməsi
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Xüsusi tələblər

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis və rus dili – yaxşı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Dürüstlük
  • Nəticəyönümlülük
  • Yüksək kommunikasiya bacarığı
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər