“AVRORA” MMC “Təftiş üzrə Mütəxəssis” vakansiyanı açıq elan edir!
Vəzifələr:
– Təhkim olunmuş şəbəkələrin uçot məlumatlarına əsasən üzləşdirilməsi;
– Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamaların aparılması;
– Mağazalarda və anbarda yoxlamaların, mal (qida və qeyri qida məhsulları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
– Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
– Rəhbərliyin göstərişləri ilə plandan kənar audit yoxlamalarında iştirak edilməsi;
– Yoxlama məlumatlarının hesabat halına salınaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
– Ali (Maliyyə və ya Audit sahəsində);
– MS Ofis proqramlarında işləmək bacarığı (xüsusilə MS Excel);
– Mühasibat və audit üzrə nəzəri biliklər;
– Yaş həddi 25- 40;
– Təcrübə 1 ildən 3 ilə- dək.
İş Şərtləri:
Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Şirkət hesabına nahar;
Tibbi Sığorta ilə təminat.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təftiş üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |