15 C
Baku
Saturday, April 20, 2024

Veb Developer – Sinteks Group of Companies

0
Veb Developer –  Sinteks Group of Companies
Bakı
19.03.2020

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks Şirkətlər qrupuna Veb Developer tələb olunur.

İşin məqsədi:

İşin məqsədi saytın konsepsiyasını yaratmaq, ana səhifədən saytın düzeni və onun funksiyalarına qədər hər şeyi yaratmaqdır

Vəzifə və öhdəliklər:

• Son programlaşdırma tələblərinə uyğun olaraq, yoxlanılan, səmərəli və təkrar istifadə edilə bilən kodu yazmaq
• Standart HTML / CSS təcrübələrini istifadə edərək veb sayt tərtibatı / istifadəçi interfeysi yaratmaq
• Müxtəlif daxili strukturlardan məlumatların inteqrasiya işlərini təşkil etmək
• Texniki ehtiyaclara əsasən spesifikasiyaların və tələblərin toplanması və dəqiqləşdirilməsi
• Proqramlaşdırma üzrə sənədlərin hazırlanması və aparılması
• Şirkətə məxsus saytların inkişafı və təkminləşdirilməsi
• Texnologiya sahəsində son tendensiyalara diqqət yetirmək və gündəlik fəaliyyətdə tətbiq etmək
• Veb dizayner ilə mütəşəkkil şəkildə şirkətin veb saytının dizayn üzrə işin qurulması

Namizədə olan tələblər:

İxtisas / Təhsil:

• Kompüter elmləri üzrə bakalavr dərəcəsi

Təcrübə:

• Veb proqramlaşdırma üzrə – ən azı 1 il iş təcrübəsi

İş qabiliyyəti:

• Azərbaycan dili (Səlis), İngilis dili (orta) biliyi
• Əsas bilik LESS / SCSS
• PHP proqramlaşdırma üzrə yaxşı bilik
• Qeyd olunmuş proqramlaşdırma dillərindən birinin əla bilmək: Node.JS, Python, Ruby On Rails, C#
• Baza idarəetmə sistemləri üzrə əla bilik ( MySQL, MsSQL, PostgreSQL )
• Bazanın təkrarlanması və optimallaşdırılması bacarıqları
• GİT üzrə əla bilik
• JavaScript və HTML5, CSS3-in yaxşı bilikləri

Ümumi bacarıqlar:

• Komanda ilə işləmə bacarığı
• Təşkilatçılıq və nəticəyönümlük

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Veb Developer” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaİT