13 C
Baku
Friday, March 29, 2024

Təftiş üzrə mütəxəssis – Optimal Electronics LLC

0
Təftiş üzrə mütəxəssis – Optimal Electronics LLC
16.08.2019

“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az vəwww.optimal.az linkinə tıklaya bilərsiniz.

2018-ci il dekabr ayında şirkət “Dəbdəbə” geyim mağazalarını, 16 yanvar 2019-cu il tarixindən etibarən Optimalın ən böyük filialı olan “Optimal Live Satış və Təcrübə Mərkəzi”ni müştərilərin istifadəsinə vermişdir.

“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönündə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur!
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq!

Vəzifə: Təftiş üzrə mütəxəssis

Departament / şöbə: Təftiş şöbəsi

Təhsil

• Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və digər oxşar fakültə).

Təcrübə

• Təftiş sahəsində ən azı 1 il təcrübəsi olmalıdır.

Texniki səriştələr:

• Dil bilikləri: Azərbaycan dilini əla bilməli;
• MS Office (xüsusilə MS Excel) əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C 8.3 proqramı üzrə işləyə bilməli; 
• Barkod cihazı ilə işləyə bilməli;
• Ezamiyyətlərə getmək imkanı olmalıdır.

İdarə etmə səriştələri:

• Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət; 
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Təftiş üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Müraciət üçün son tarix: 30.09.2019

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər