1 C
Baku
Saturday, December 14, 2024

Təkrar emal üzrə menecer- Holcim

0
Təkrar emal üzrə menecer- Holcim
11.04.2019

Holcim (Azərbaycan) ASC-də iş imkanları. 
Holcim (Azərbaycan) ASC  LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın  80-dan çox ölkəsində,  80,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

Vəzifənin təfərrüatı

Vəzifə:  Təkrar emal üzrə menecer
Şöbə:    Baş İdarəçilik
İş vaxtı: Tam iş vaxtı

Vəzifəsi:

Geosikl tullantıların idarə olunması işinə bir sıra daxili və xarici tərəfləri cəlb etmək və qarışıq, çoxmillətli mühitdə işləmək bacarığı ilə dəyər yaratmanı və gəlirliliyi maksimallaşdırmaqla rəhbərlik etmək;

Səlahiyyət dairəsi:

– Yerli strateji planların təklifi və yol xəritələrinin tətbiqi;
– Gündəlik işlərdə yerli səviyyədə strategiyanın tətbiqinə nəzarət;
– Yerli səviyyədə Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının/ ACert –in icra olunmasına və onlara əməl olunmasına nəzarət;
– Sement zavoduna yığılana kimi tullantıların idarə olunması ilə bağlı bütün əməliyyatları idarə etmək.

Əsas öhdəlikləri:

● Biznes strategiyası və biznes modelini hazırlamaq və təklif etmək; Ölkə səviyyəsində tullantıların idarə olunması üzrə strateji planlaşdırmanı asanlaşdırmaq və icra planlarını təsdiqləmək; Aydın biznes hədəflərini və ƏFG-lərini müəyyən etmək;
● Tullantı xidmətlərinin və emal öncəsi əməliyyatların bütün aspektlərini idarə etmək və optimallaşdırmasını təmin etmək (müştərilərdən tullantıların toplanmasından,onların sement zavoduna çatdırılmasına kimi);
● İnsanların inkişafına rəhbərlik etmək, bacarıqlarını inkişaf etdirmək və AYİ üzrə istedadları və potensial davamçıları yetişdirmək;
● Qaydalara uyğun hərəkət etmək, AYİ biznesində bütün xarici və korporativ idarəetmə prinsiplərinə- Əməyin mühafizəsi və Təhlükəsizlik / ACert, keyfiyyət, ətraf mühit, ədalətli rəqabət prinsiplərinə və digər qaydalara və tələblərə – uyğunluğa nəzarət etmək;
● Maraqlı tərəfləri AYİ biznesinin strateji dəyərlərinə cəlb etmək; Regionda müdafiə strategiyasının hazırlanmasına və müdafiə xarakterli tədbirlərin icrasına rəhbərlik etmək;
● AYİ biznesində innovasiyaların edilməsinə rəhbərlik etmək, yeni yanaşma və həllər üzrə innovativ düşünməni dəstəkləmək;
● Avropanın Geosikl üzrə aparıcı Komandalarında fəal iştirak etmək;
● Geosikldə kommersiya transformasiyasına rəhbərlik etmək, o cümlədən geosikl brendini və tullantıların idarə olunması planında yerli tərəflərə birgə işi təşviq etmək.

Təhsil / İxtisaslar:

Magistr dərəcəsi (Sahibkarlıq bacarıqları), Mühəndis.

Təcrübə:

● Ümumi idarəetmə, tullantıların idarə olunması, sement sektorunda və ya marketinq təcrübəsi – 5 ildən çox
● AYİ/Geosikl biznes təcrübəsi – 1-3 il.

Tələb olunan bacarıqlar və keyfiyyətlər:

● Tullantı bazarının və əlaqəli hüquqi nailiyyətlərin başa düşülməsi;
● Tullantıların toplanmasında və təchizat zəncirində kommersiya nailiyyətlərinin dərindən qiymətləndirilməsi;
● İdarə şurası ilə elaqə və dövlət qurumlar və nümayəndələrlə iş bacarığı
● İnnovativ və sürətlə inkişaf edən sektor üzrə əldə olunmuş nailiyyətlərdən faydalanmaq üçün sahibkarlıq düşüncəsi, çeviklik və sürət.
● Tullantı emalının, təkrar istehsalın, müvafiq texnologiyaların və sement istehsalının dərindən qiymətləndirilməsi;
● Sement sobasında birgə emalın dərindən qiymətləndirilməsi;
● Güclü liderlik, ünsiyyət və dəyişikliklərin idarə olunması bacarıqları;
● Komandada işləmək bacarığı;
● Ümumi və layihəni idarəetmə bacarıqları;
● Performans və müştəriyönümlü bacarıqlar;
● Dəyər və mədəniyyət üzrə nümunə göstərmək bacarığı.

Dil tələbi:

İngilis və Azərbaycan dili.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Təkrar emal üzrə menecer” qeyd etməklə  aze-hr- [email protected]  ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMenecer