9 C
Baku
Friday, December 13, 2024

“Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” – PAŞA Sığorta

0
“Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” – PAŞA Sığorta
13.11.2019

“PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:

– Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, tələbnamə, məktub və s.) hazırlanması;

– Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;

– Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;

– Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;

– Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;

– Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti departament rəhbərlərinə təqdim edilməsi;

– Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.


Bilik və bacarıqlar:

– Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

– Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.

– Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.

– Ünsiyyət qurmaq bacarığı;

– Məsuliyyətlilik;

– Dəqiqlik;

– Öz fikirlərini təmiz ifadə etmək bacarığı;

– Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.

– Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 30 noyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta