13 C
Baku
Friday, April 19, 2024

Telesatış operatoru – PAŞA Sığorta

0
Telesatış operatoru – PAŞA Sığorta
13.11.2019

Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir

Vəzifə və Öhdəliklər:

– Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;

– Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;

– Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;

– Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.


Tələb olunan bilik və bacarıqlar:

– Ali təhsil;

– Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;

– Dil bilikləri:

– Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;

– Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);

– İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;

– Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;

– Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;

– Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;

– Komanda ilə işləmək bacarığı.

İş şəraiti:


– İş rejimi – 5 iş günü 9:00-dan 18:00-dək

– 3 ay Sınaq müddəti (bu müddət ərzində – təlim və əmək haqqı nəzərdə tutulub)

– Əmək müqaviləsi


Özünü sınamaq istəyən hər kəs CV-sini mövzu bölümündə Telesatış operatoru yazaraq [email protected] elektron poçt ünvanına göndərər bilər.


Son müraciət tarixi: 30 noyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta