“AccessBank” Tənzimləmə hesabatlar mütəxəssisi vakansiyası üzrə işçi axtarır. Tənzimləyici hesabatlar təhlilçisi hesabat menecerinə hesabat verir və bütün tənzimləmə tələblərinə, Şirkət siyasətinə və prosedurlarına uyğun olaraq müxtəlif maliyyə tənzimləmə hesabatlarının vaxtında və düzgün hazırlanması və verilməsi üçün cavabdehlik daşıyır.
Öhdəliklər
- Tənzimləmə hesabatlarının hazırlanması – Bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş, daxili siyasət və prosedurlarına uyğun müxtəlif maliyyə tənzimlənmə hesabatlarının düzgün və vaxtında hazırlanmasını və verilməsini təmin etmək;
- Hesabat prosesinin dəqiqliyini, tamlığını və vaxtında hazırlanmasını təmin etmək üçün proseslərin optimallaşdırılması və inkişafı üçün tövsiyələr vermək;
- Yeni və dəyişilmiş tənzimləmə hesabat tələbələrinin araşdırılmasında və həyata keçirilməsində, habelə yeni məhsullar/ əməliyyatlar üçün tənzimləmə tələblərinin qiymətləndirilməsində iştirak etmək;
- Hesabat və məlumat ehtiyaclarını bildirmək;
- Tənzimləmə hesabatlarının avtomatlaşdırılması layihəsində iştirak;
Tələblər
- Bank sektoru və bank tənzimləmə hesabat qaydaları haqqında ətraflı anlayışa malik olmaq;
- Güclü analitik bacarıqlar;
- Komanda ilə səmərəli işləmə bacarığı;
- Əla ünsiyyət bacarıqları (istər yazılı, istərsə şifahi);
- Microsoft ofis proqramlar – Word, Excel və PowerPoint-da yüksək səviyyədə işləmək;
- Mühasibat və hesabat funksiyaları sahəsində minimum 3 il iş təcrübəsi daxil olmaqla, minimum 5 il iş təcrübəsi;
- Mühasibat və hesabatlıq üzrə təhsil dərəcəsinin və sertifikatlarının olması;
Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |