Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir
Vəzifə və Öhdəliklər:
– Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
– Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
– Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
– Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil;
– Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
– Dil bilikləri:
– Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
– Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
– İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
– Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
– Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
– Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
– Komanda ilə işləmək bacarığı.
İş şəraiti:
– İş rejimi – 5 iş günü 9:00-dan 18:00-dək
– 3 ay Sınaq müddəti (bu müddət ərzində – təlim və əmək haqqı nəzərdə tutulub)
– Əmək müqaviləsi
Özünü sınamaq istəyən hər kəs CV-sini mövzu bölümündə Telesatış operatoru yazaraq [email protected] elektron poçt ünvanına göndərər bilər.
Son müraciət tarixi: 30 noyabr, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |