9 C
Baku
Thursday, December 12, 2024

Telesatış operatoru – PAŞA Sığorta

0
Telesatış operatoru – PAŞA Sığorta
Bakı
12.08.2020

“PAŞA Sığorta” ASC namizədləri Telesatış operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

– Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
– Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
– Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
– Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

– Ali təhsil;
– Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
– Dil bilikləri:
– Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
– Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
– İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
– Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
– Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
– Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
– Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 01 sentyabr 2020-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta