Bakı
06.02.2023
İşiniz nədən ibarətdir?
- Bütün seqmentlər üzrə cari və potensial müştərilərə telefon vasitəsilə əlaqə yaradılmasına, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlara nəzarət;
- Bütün seqmentlərə aid müştərilər ilə danışıq zamanı müvafiq danışıq mətnlərinin (skriptlərin) yenilənmiş və düzgün olmasına nəzarət edilməsi;
- Bütün seqmentlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılmasına nəzarətin təmin edilməsi;
- Komanda üzvlərinin davamiyyəti və işlərinin düzgün aparılmasına nəzarət;
- Komanda daxili və digər əlaqəli strukturlar ilə münasibətlərin tənzimlənməsi və məlumatların düzgün mübadiləsinə nəzarət;
- Komanda üzvlərinin işinin keyfiyyətinə (daxili və xarici müştərilər ilə danışıq üslubu) nəzarət. Müştəri ilə aparılan danışıqların dinlənilməsi və təyin olunmuş müddət aralığında qiymətləndirilməsi;
- Məsafədən satış komandasının əməkdaşları tərəfindən görülən işlər üzrə müvafiq hesabatlılığının hazırlanması və bütün maraqlı tərəflər ilə paylaşılması (gündəlik, həftəlik, aylıq, illik və tələb olunanda);
- Komanda daxili və digər strukturlar ilə yaranan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi;
- Məsafədən satış komandasının və satışı həyata keçirilən məhsulların inkişafı üçün təkliflərin hazırlanıb maraqlı tərəflərə təqdim olunması;
- Məsafədən satış komandasının işinin effektivliyinin artırılması üçün yeni proqram təminatlarının araşdırılması;
- Məsafədən satış komandasının şəxsi inkişaf planının hazırlanması (işləri ilə bağlı təlimlər, sertifikat proqramları və s. iştirakı);
- Komandanın işində tələb olunan təsərrüfat malları, texniki avadanlıqlar, proqram təminatları və digər xərclərinin müvafiq ilin büdcəsinə daxil edilməsi üçün planın hazırlanması;
- Müştəri menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsinə, markanın təşviqinə, və şirkət imicinin yüksəldilməsinə xidmət olunmasına nəzarət; Satış sahəsi üzrə tendensiyaları izləyərək müvafiq təşkilat və fəaliyyətlərə qatılmaq; Rəqib bankların təklif etdiyi məhsul və xidmətlərin şərtlərini anlamaq; Bankın imkanlarını və yerli bazarın boşluqlarını müəyyənləşdirmək üçün xarici bazarın izlənilməsinə nəzarət.
Sizdən nə tələb olunur?
- “Agile” idarəetmə, “Agile” inkişaf, “Scrum Master” və bənzər sahələrdə 3 illik təcrübə;
- Təhsil: İqtisadiyyat və bənzər digər sahələr üzrə bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il;
- Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word, Power point);
- Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
- Əlavə tələblər: Güclü ünsiyyət və idarəetmə bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.