Sumqayıt
22.04.2024
Vəzifə öhdəliyi:
- Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları və ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
- Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi);
- Qida sektoru üzrə satınalmanın tender sahəsində ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (yaxşı)
- Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
- ERP sistemlərdə işləmək bacarığı, müvafiq sahə üzrə sertifikatlar üstünlükdür.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun təyin edilir (ştat cədvəli aralığına münasib)
- İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Rəsmi əmək haqqı
- Nahar ilə təmin edilmə
- Servis ilə təmin edilmə
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tender üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər . [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |