Bakı
01.05.2023
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Ali;
- Yaş: 25-40 ;
- Satınalma və tender sahəsində 3 ildən artıq iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- MS Office proqramlarını mükəmməl bilməli;
- ERP bilikləri olana üstünlük verilir;
- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
Tələblər:
- Gün ərzində Dövlət tender portalında dərc olunan müvafiq elanların izlənilməsi, emal olunması və müvafiq olaraq satış prosesinin həyata keçirilməsi;
- Dövlət qurumlarından daxil olan sorğuların aidiyyatı şöbələrlə koordinasiya edilməsi;
- Sorğular üzrə kommersiya təkliflərinin hazırlanması, sifarişçilərlə razılaşdırılması və lazım olduğu təqdirdə müvafiq dəyişikliklərin edilməsi;
- Yeni sifarişçilərlə görüşlərin və təqdimatların keçirilməsi;
- Tender sənədlərinin hazırlanması və ümumi tender prosesinin aparılması;
- Sifarişçilərlə yazışmaların aparılması;
- Müqavilə və ödəniş prosesinin koordinasiya edilməsi.
Öhdəliklər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
- Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
- İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tenderlərin idarə edilməsi üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər. [email protected]