11 C
Baku
Friday, November 15, 2024

Tibbi Koordinator – Azersun Holding

0
Tibbi Koordinator – Azersun Holding
Bakı
04.06.2021

Tibbi Koordinator

Tələblər:

– Tibb sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalı;
– İş təcrübəsi 1 ilə qədər (sığorta sahəsində olması arzu olunandır) olması arzu olunandır;
– Microsoft Office proqramları ilə işləyə bilməli;
– Rus və ingilis dilləri bilməsi üstünlükdür;
– Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
– Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
– Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
– Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
– Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında:

– Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
– Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
– Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
– Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
– Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
– Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq;
– Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Tibbi Koordinator “ başlığı ilə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər