13 C
Baku
Sunday, September 29, 2024

Tibbi sığorta üzrə mütəxəssis – Qala Sığorta

0
Tibbi sığorta üzrə mütəxəssis – Qala Sığorta
Bakı
02.02.2023

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Tibb üzrə ali təhsil (müalicə işi ixtisası üzrə ali təhsilə üstünlük verilir);
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Müştəri-yönümlülük;
  • Sığorta sektorunda tibbi sığorta sahəsində iş təcrübəsi üstünlükdür.

Əsas vəzi̇fə öhdəli̇kləri:

  • Sığorta olunanın şikayətini dinləmək;
  • Klinikaların koordinatorları ilə görüşləri təyin etmək;
  • Sığorta hadisəsi barədə məlumat alındıqdan dərhal sonra sığorta olunanın müvafiq tibb müəssisəsinə göndərilməsini təmin etmək;
  • Sığorta hadisələrinin araşdırılmasını, tənzimlənməsini, lazımi sənədlərin toplanmasını təmin etmək;
  • Müraciət barədə məlumatı müvafiq qeydiyyat bazasına daxil etmək;
  • Sığortalının xidmətdən məmnuniyyətini öyrənmək üçün sığortalı ilə daimi əlaqə saxlamaq, mövcud qayda və prosedurlara uyğun olaraq müştərilərin tələbatlarına adekvat olaraq tibbi sığorta sahəsində yüksək səviyyədə xidmət göstərmək;
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin və İdarə Heyətinin qərarlarını və tapşırıqlarını icra etmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 fevral 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Tibbi sığorta üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. [email protected]

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta