6 C
Baku
Saturday, December 14, 2024

Angular + Node JS Developer – Azərpoçt

0
Angular + Node JS Developer – Azərpoçt
Bakı
02.02.2023

Vəzifə öhdəlikləri:

  • Biznes/maraqlı tərəflərdən tələblərin toplanması
  • Müştəri/biznes komandası ilə tələbləri başa düşmək üçün müzakirələrin aparılması.
  • Biznes tələblərini aydınlaşdırmaq üçün müvafiq sualları vermək.
  • Lazım gəldikdə, biznes prosesinin sənədləşdirilməsi.
  • Müddətlər və tapşırıqların planlaşdırılması
  • Biznes tələbi və ya SRS əsasında layihəni modullara və tapşırıqlara bölünməsi.
  • Müxtəlif qiymətləndirmə üsullarına əsaslanaraq modullar/tapşırıqlar üçün təxmini vaxtın müəyyən edilməsi.
  • Başlanğıc və bitmə tarixlərini əks etdirən hər bir modul və tapşırıqdan ibarət layihə planı və işlərin ardıcıl bölgüsünün hazırlanması.
  • Verilənlər bazasının yaradılması və fərdi modulların yenilənməsi
  • Modulları/tapşırıqları müəyyənləşməsi və verilənlər bazası dizaynlarının hazırlanması.
  • Fikirləri komanda üzvləri ilə müzakirə edilməsi və maraqlı tərəflərdən razılıqların alınması.
  • Kodlaşdırma, Sazlama, Vahid Testin, Kodların və Tətbiqin Sənədləşdirilməsi
  • Yaxşı standart təcrübə və qaydalara uyğun olaraq, işlərin ardıcıl bölgüsündə qeyd olunan vaxt çərçivələrində hər modulu/funksionalın kodlanması.
  • Debug və vahid kod/modulun test edilməsi.
  • GIT versiya nəzarət alətindən istifadə edilməsi.
  • Komanda yoldaşları ilə paylaşmaq üçün kodların və tətbiqin sənədləşdirilməsi.
  • Müştəri/biznes komanda ilə paylaşılacaq olan fərdi modul/kodlar üçün istifadəçi təlimatlarını hazırlanması.
  • Ən son Angular və Node versiyasında təcrübəyə malik olması.
  • Service-based/Component based arxitekturlar haqqında məlumatlı olmalı
  • Layihənin real mühitə yüklənməsi və Baxımı
  • Test ssenarilərinin hazırlanması
  • Real mühitə hər hansı yükləmə etməzdən əvvəl bütün test ssenarilərinə uyğun yoxlamaların aparılması.
  • Təhlükəsizlik yamaqları mövcud olduqda onların yenilənməsi.

Bacarıqlar və Biliklər:

  • Angular, NodeJS ilə minimum 3 illik proqramlaşma təcrübəsi.
  • HTML / CSS / Javascript / Bootstrap haqqında yaxşı anlayış və təcrübə.
  • SQL və NoSQL verilənlər bazası sxemlərinin dizaynı ilə bağlı təcrübəyə malik olmalıdır
  • Web Services / REST API ilə təcrübə.
  • Linux-da işləmə bacarığı və Linux-da proqram təminatının yüklənməsi bacarığı olmalı
  • CI/CD üzrə təcrübə faydalı olardı.

Texnologiyalar / Alətlər:

  • Languages/Frameworks: Angular, Node JS, Express JS, JavaScript, HTML5, CSS.
  • Database: MongoDB, MySQL.
  • Tools: Git, Visual Studio Code .
  • Operating System: CentOS/Windows.

Qeyd: Namizərlərin hazırladıqları layihələrlə tanış olmaq üçün müraciətlərində keçidlərin(url) əlavə edilməsi xahiş olunur

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Angular + Node JS Developer” başlığı ilə göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT