10 C
Baku
Thursday, December 12, 2024

Tibbi xərclərin sığortası üzrə mütəxəssis – Ateshgah Sigorta

0
Tibbi xərclərin sığortası üzrə mütəxəssis – Ateshgah Sigorta
27.09.2019

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!


Tibbi xərclərin sığortası üzrə mütəxəssis

Namizədə tələblər

• Yaş: 20-30
• Təhsil: Ali tibbi təhsil
• İş təcrübəsi: Mütləq deyil, Sığorta və ya Assistance xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır
• Kompyuter bilikləri: MS Office ( Word, Excel ) və internet resurslarından istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunandır)

Şəxsi keyfiyyətlər 

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və düzgün ifadə etmək ( yazılı və şifahi ) bacarığı
• Detallara qarşı diqqətcil, qeyd və araşdırma aparmaq bacarığı
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Şəxsi sığorta növləri üzrə sığorta hadisəsinə dair müraciətləri qəbul etmək
• Müştərilərlə ünsiyyət, müştəriləri sığorta hadisəsi zamanı yaranan vəzifə və öhdəlikləri barədə məlumatlandırmaq
• Sığorta hadisələrinə dair müraciətlərin qeydiyyatını aparmaq
• Səfər sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi və aktlaşdırılmasını həyata keçirmək
• Şöbənin işi ilə bağlı şirkətdaxili hesabatlar hazırlamaq
• Birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 550 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Tibbi xərclərin sığortası üzrə mütəxəssis”qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta