28 C
Baku
Saturday, July 27, 2024

Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi – Bank Respublika

0
Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi – Bank Respublika
Bakı
03.05.2023

Ümumi vəzifə öhdəlikləri: 

  • Sənədli əməliyyatlar istiqamətində periodik hesabatların hazırlanması (Excel və s. proqramlardan istifadə etməklə);
  • Müvafiq tənzimləyici orqanların tələbləri və daxili normativ aktlara riayət olunmasına nəzarət;
  • Filial, şöbə və bankın digər struktur bölmələri, həmçinin dövlət orqanlarından daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
  • Filiallardan gələn qarantiya/akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək;
  • Sənədli əməliyyatlar üzrə satışın artırılması üçün əməkdaşlara müvafiq dəstək göstərilməsi;
  • Sənədli əməliyyat məhsulları üzrə planın icrasına dair məlumatların periodik olaraq hesabat şəklində filiallara göndərilməsi;
  • Filialların qarantiya/akkreditiv portfelinin hesabatlar əsasında təhlil edilməsi;
  • Bankın sənədli əməliyyatlar üzrə layihələrində iştirak, yeni məhsulların testlərinin edilməsi, həmçinin yeni hesabatların sifarişi və test edilməsi;
  • Sənədli əməliyyatlar istiqamətində bankın daxili qayda və prosedurlarına dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
  • Sənədli əməliyyat məhsulları üzrə zəruri hallarda bazar araşdırmasının aparılması və müvafiq hesabatlar/təqdimatların hazırlanması;
  • Sənədli əməliyyatlar istiqamətində işçilərin bilgisinin artırılması məqsədilə təlimlərin keçilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Təcrübə: Bankda biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
  • Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Excel proqramı ilə işləmə bacarığı (formulalar, məntiqlər, shortcuts və s.);
  • Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi