Ümumi vəzifə öhdəlikləri:
- Sənədli əməliyyatlar istiqamətində periodik hesabatların hazırlanması (Excel və s. proqramlardan istifadə etməklə);
- Müvafiq tənzimləyici orqanların tələbləri və daxili normativ aktlara riayət olunmasına nəzarət;
- Filial, şöbə və bankın digər struktur bölmələri, həmçinin dövlət orqanlarından daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
- Filiallardan gələn qarantiya/akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək;
- Sənədli əməliyyatlar üzrə satışın artırılması üçün əməkdaşlara müvafiq dəstək göstərilməsi;
- Sənədli əməliyyat məhsulları üzrə planın icrasına dair məlumatların periodik olaraq hesabat şəklində filiallara göndərilməsi;
- Filialların qarantiya/akkreditiv portfelinin hesabatlar əsasında təhlil edilməsi;
- Bankın sənədli əməliyyatlar üzrə layihələrində iştirak, yeni məhsulların testlərinin edilməsi, həmçinin yeni hesabatların sifarişi və test edilməsi;
- Sənədli əməliyyatlar istiqamətində bankın daxili qayda və prosedurlarına dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
- Sənədli əməliyyat məhsulları üzrə zəruri hallarda bazar araşdırmasının aparılması və müvafiq hesabatlar/təqdimatların hazırlanması;
- Sənədli əməliyyatlar istiqamətində işçilərin bilgisinin artırılması məqsədilə təlimlərin keçilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Təcrübə: Bankda biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Excel proqramı ilə işləmə bacarığı (formulalar, məntiqlər, shortcuts və s.);
- Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |