10 C
Baku
Thursday, December 12, 2024

Tikinti materialları departamentinin rəhbəri – Norm

0
Tikinti materialları departamentinin rəhbəri – Norm
Bakı
30.11.2023

Vakansiyanın təsviri

  • Fərqli departamentlərlə birlikdə strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı və xərclərin azaldılmasına yönəlmiş mühüm layihələri planlaşdırmaq və onlara nəzarət etmək;
  • Şirkətin ümumi məqsədlərinə uyğun olaraq, tikinti materialları departamenti üçün strateji baxışı işləyib hazırlamaq və həyata keçirmək;
  • Tikinti materialları sektorunda biznesin inkişafına, genişlənməsinə, diversifikasiyasına və böyüməsinə təkan vermək;
  • Əməkdaşlığın və innovasiyanın təşviqi ilə layihələrin idarəolunmasına və əməliyyatlar üzrə komandaya rəhbərlik etmək; Peşəkar inkişafa və vəzifələrin ötürülməsi strategiyasını rəhbər tutmaqla, komanda üzvlərinə mentorluq etmək və məsləhətlər vermək;
  • Tikinti materialları sənayesində tendensiyaları, imkanları və problemləri müəyyən etmək üçün hərtərəfli bazar təhlilləri aparmaq;
  • Şirkətin effektiv bazar mövqeyini, fərqləndirilməsini təmin etmək, bazar yanaşmalarını uğurlu idarə və tətbiq etmək yolu ilə şirkəti sektorda lider kimi mövqeləndirmək;
  • Tikinti materialları şöbəsinin maliyyə imkanlarının davamlılığını təmin etmək üçün maliyyə strategiyaları hazırlamaq və həyata keçirmək;
  • Büdcənin tərtibinə, maliyyə proqnozlaşdırılmasına və resursların bölüşdürülməsinə nəzarət etmək;
  • Təchizatçılar, distribüterlər, müştərilər və əlaqədar qurumlar da daxil olmaqla, əsas maraqlı tərəflərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Departamentin fəaliyyətinin strateji istiqamətlərinin kommunikasiya olunması üçün daxili və xarici maraqlı tərəflərlə effektiv şəkildə ünsiyyət qurmaq;
  • Sahə ilə əlaqədar yeni texnologiyaları, dayanıqlı təcrübələri və məhsul innovasiyalarını tədqiq edərək, tikinti materialları departamentində innovasiyaları təşviq etmək;
  • Sənaye tendensiyalarından və yeniliklərdən xəbərdar olmaq;
  • Tikinti materialları sektorunun inkişafı daxil olmaqla, risklərin qiymətləndirilməsini və azaldılmasını, həmçinin, normativ standartlara uyğunluğunun təmin etmək;
  • Risklərin effektiv idarəedilməsi strategiyalarını həyata keçirmək;
  • Tikinti materialları departamentinin fəaliyyəti və strateji istiqamətləri haqqında mütəmadi olaraq yeniliklər təqdim etməklə, direktorlar şurası ilə əlaqələr qurmaq;
  • Strateji planları və təklifləri təsdiq üçün müvafiq şuraya təqdim etmək;

Xüsusi tələblər

  • Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr  təhsili,
  • Ən az 5 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 10 ildən çox təcrübə,
  • İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus və türk dilləri biliyi üstünlükdür.
  • Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları,
  • Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi,
  • Yüksək səviyyədə ünsiyyət bacarığı,
  • Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə,
  • Tikinti materialları sektorunda innovasiya və texnologiyanın tətbiqi üzrə bilik və bacarıqlar,
  • Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı,
  • Sıfırdan yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə bilik və təcrübənin olması,
  • İzolyasiya materialı, zavod şəraitində hazırlanmış yığma beton, məsaməli beton və quru qarışıqlar kimi qeyri-sement və sementlə əlaqəli tikinti materialları üzrə biliklər və təcrübə arzuolunandır.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər