10 C
Baku
Wednesday, December 11, 2024

Transmissiya üzrə mühəndis – Aztelekom

0
Transmissiya üzrə mühəndis – Aztelekom
28.10.2019

“Aztelekom” MMC hazırda Transmissiya üzrə mühəndis vəzifəsi üzrə işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Struktur Bölmə: Genişzolaqlı xidmətlər departamenti;
Şöbə: İnternet xidmətləri;
Sektor: Sabit Şəbəkə Xidmətləri Sektoru.

İşin qısa təsviri:

Şəbəkədə istismar olunan avadanlıqların konfiqurasiyası, quraşıdırlması, istismarı, texniki profilaktik işlər. Şəbəkənin planlaşdırılması və optimizasiya.

Əsas vəzifə və öhdəlikləri:

1. Giriş və Transmisiya avadanlıqların istismarını təmin edir, avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını aparır;
2. Giriş və Transmisiya avadanlıqların mürəkkəb nasazlıqlarının aradan qaldırılmasında iştirak edir və tənzimlənməsini aparır;
3. Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini köməklik göstərir;
4. Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
5. Giriş və Transmisiya avadanlıqlarında cari və əsaslı təmiri və eyni zamanda proqram təminatını yükləyir;
6. Transmisiya avadanlıqlarının profilaktik xidmətlərini təşkil edir;
7. Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Transmisiya avadanlıqlarının işini qurur.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

1. Ali Təhsil (bakalavr və maqistr);
2. Müvafiq beynəlxalq sertifikatlar;
3. Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 illik təcrübəsi;
4. Transmissiya sahəsi üzrə azı 1 illik əmək stajı;
5. Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı səviyyədə bilmək;
6. Giriş Şəbəkə və Transmisiya sahasinə aid olan sənədlərin tərtib etmə bacarığı;
7. Giriş Şəbəkə və Transmisiya Avadanlıqlarının əməliyyat sistemlərinin işlənməsi üzrə iş təcrübəsi;
8. Giriş Şəbəkə və Transmisiya Avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalıdır;
9. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilmək;
10. Kompüter programları: Word, Excel, Power Point, CCNA, Linux;
11. İşgüzar yazışma əsaslarını bilməlidir;
12. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.

Şəxsi keyfiyyətlər:

• Fikrini izah etmək qabliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda işləmək bacarığı;
• İşə planlı yanaşması;
• Öz üzərində daima çalışmaq.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Transmissiya üzrə mühəndis) qeyd edin: E-ünvan: [email protected]

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər