25 C
Baku
Saturday, July 27, 2024

UI/UX dizayner – Unibank

0
UI/UX dizayner – Unibank
21.01.2020

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

UI/UX dizayner

Əsas öhdəliklər

 Tədqiqat əsasında UI/UX interfeyslərini hazırlanması;
 IOS və Android platformalarında bankın tətbiqlərini rahat funksional və dizaynla təmin edilməsi;
 Reklam məhsullarının (plakatlar, planlar, flayerlər) dizaynı;
 Mobil tətbiqetmələrin, saytların və veb interfeyslərin layihə və dizaynının hazırlanması.

Namizədə tələblər

 Ali təhsil;
 Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dilinin bilməsi də arzuolunandır.
 Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (reklam agentliyində iş təcrübəsinin olması üstünlük ola bilər);
 Adobe Photoshop, Adobe Illustrator, Sketch, Microsoft Office proqramları ilə işləmək bacarığı;
 UI/UX interfeyslərini hazırlamaq bacarığı;
 Android/IOS mobil əlavələrinin hazırlanmasının tam dövrünün bilməsi;
 Android/IOS mobil əlavələrinin hazırlanmasının UX/UI prinsiplərini, şablonlarını və ən yaxşı təcrübələri üzrə biliklər;
 Müasir veb-dizayn tendensiyalarını anlamaq;
 Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Namizədin portfolionun olması mütləqdir.

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.
Müraciət etdiyiniz vəzifənin adını (UI/UX dizayner) email-ın mövzu hissəsində göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi