Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Ümumi şöbə – baş mütəxəssis
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
– Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
– Agentlikdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
– Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
– Aparatın ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
– Agentliyə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
– Agentlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
– Agentliyə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
– Agentlikdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
– Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
– Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
– Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
– Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araş¬dırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
– Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.
TƏLƏBLƏR:
• Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
• Yaş həddi 27-40 aralığı;
• Müvafiq sahə üzrə azı 4 il iş stajı;
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
• Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
• Rus və ingilis dillərini bilməsi arzuolunandır;
• Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
• Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.
DİGƏR:
• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 10 aprel 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Ümumi şöbə – BAŞ MÜTƏXƏSSİS) qeyd edin.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |