1. Filial Müdiri
Kredit Təşkilatı yeni açılacaq olan Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir filialları üçün “Filial Müdiri” vakansiyası elan edir.
Müdir üçün Tələblər :
- Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
- Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Daxili motivasiya və prinsipiallıq;
- Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
- Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
- Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
- Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Vəzifə və öhdəlikləri:
- Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
- Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
- Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
- Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
- Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
- Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
- Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
- Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
2. Kredit işçisi
Kredit Təşkilatı yeni açılacaq olan: Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir filialları üçün: “Kredit işçisi” vakansiyası elan edir.
Kredit işçisi üçün tələblər
- Yaş həddi: 21-30 yaş
- Cins: fərq etməz
- Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
- İş təcrübəsi: Arzu olunandı
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
- Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
- Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.
İşin təsviri:
- Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
- Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
3. Əməliyyatçı –xəzinədar
Kredit Təşkilatı yeni açılacaq olan Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir filialları üçün “Əməliyyatçı – xəzinədar” vakansiası elan edir.
“Əməliyyatçı –xəzinədar” üçün tələblər:
Yaş həddi: 21-30 yaş
Cins: Qadın
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
- İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
- Müştərilərə xəzinə xidməti göstərilməsi.
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – “Əməliyyatçı – xəzinədar”). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı, Filial müdiri, Kredit işçisi |