10 C
Baku
Wednesday, December 11, 2024

Vergi uçotu bölmə müdiri – Araz Supermarket

0
Vergi uçotu bölmə müdiri – Araz Supermarket
Bakı
23.11.2020

Araz Supermarketlər Şəbəkəsi Vergi uçotu bölmə müdiri vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

– Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
– Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Xidməti və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
– Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
– Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
– Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
– Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
– Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

– Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
– Vergi uçotu sahəsində 4 ildən artıq iş təcrübəsi;
– Vergi məcəlləsini bilməli;
– Yüksək səviyyədə MS Excel bilikləri;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Vergi uçotu bölmə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər