Vergilər üzrə Mütəxəssis – Norm OJSC

    Bakı
    Posted 2 weeks ago

    Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

    Hazırda şirkətimizə Vergilər üzrə Mütəxəssis tələb olunur.

    Tələblər:

    • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
    • Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi
    • Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək
    • MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
    • SAP proqramı üzrə biliklər

    Tələb olunan kompetensiyalar:

    • Müştəriyönümlülük
    • Davamlı inkişaf
    • Bütövlük
    • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

    Vəzifə və Öhdəliklər:

    • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
    • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
    • Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
    • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
    • Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
    • Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
    • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
    • Təxirə salınmış vergilərin hesablanması
    • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
    • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
    • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi

    CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

    Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

    Son Müraciət Tarixi: 30.04.21

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.