19 C
Baku
Tuesday, April 16, 2024

Baş Mühasib köməkçisi – Bakı Sığorta

0
Baş Mühasib köməkçisi – Bakı Sığorta
Bakı
26.04.2021

Baş Mühasib köməkçisi

Tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
• Acca Sertifikatları üstünlük
• MS Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Rus dili üstünlük
• Sığorta sektorunda mühasib kimi ən azı 1 il və ya digər maliyyə sahəsində baş mühasib kimi ən azı 2 il, digər sahələrdə isə baş mühasib kimi ən azı 4 il iş təcrübəsi

Vəzifə öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:

• Əmək haqqı: 1500 -1700 AZN
• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib köməkçisi”qeyd edərək göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaSığorta