Vergilər üzrə Böyük Mühasib
Vakansiya haqqında
İdarə : Maliyyə
Şöbə : Mühasibatlıq
Bölmə : Vergilər
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 27.03.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq.
* Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq.
* Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək.
* Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.).
* Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək.
* Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil.
* Mühasibatlıq və vergi sahəsində 3 ildən artıq iş təcrübəsi.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək.
* Mühasibatlığı yaxşı bilmək.
* Analitik düşünmək bacarığı..
* Detallara diqqət yetirmə qabiliyyəti
* Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək.
* MS Office Proqramlarını bilmək.
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Vergilər üzrə böyük mühasib” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasib |